"Mourinyo fərqli məşqçidir"

"Mourinyo fərqli məşqçidir"
Futbol
57
28 Noyabr 2026 - 21:54

Superdport.Az xəbər verir ki, "Alaves"in baş məşqçisi Kike Sançes Flores La Liqanın 14-cü turu çərçivəsində "Real"la keçiriləcək qarşılaşmadan gözləntilərini bölüşüb.


​"Futbol taktiki, fiziki, hücum və müdafiə baxımından dəyişib. Lakin Mourinyo rəhbərlik etdiyi komandalarla hələ də rəqabət aparmaq qabiliyyətinə malikdir. Ona qarşı xüsusi hörmət və rəğbət bəsləyirəm.

​Mourinyo müasir futbolun üstünlük təşkil edən tendensiyalarına, sistem və taktiki sxemlərin dəyişməsinə, eləcə də oyunun ümumi inkişafına uyğunlaşmağı bacaran məşqçidir.

​Məhz bu keyfiyyət ona indiki nüfuz və statusu qazandırır. Onun komandaları hələ də rəqabətqabiliyyətli olaraq qalır. Joze fərqli  insandır".



Digər xəbərlər