Balabəy Ağayev üçüncü dəfə birinci oldu - Foto

Balabəy Ağayev üçüncü dəfə birinci oldu - Foto
Olimpiya, Digər, Cüdo, Foto
86
07 Fevral 2026 - 23:17

Fransanın paytaxtı Parisdə cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib.


Supersport.Az xəbər verir ki, nüfuzlu yarışın ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 1 bürünc olmaqla 2 medal qazanıblar.


-60 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev finalda Ukrayna təmsilçisi Dilşot Xalmatovu məğlub edərək karyerasında üçüncü dəfə bu turnirin qalibi olub.


-66 kq çəkidə tatamiyə çıxan Ruslan Paşayev isə bürünc medal uğrunda görüşdə İtaliya idmançısı Valerio Akkolini son saniyələrdə yuko xalı ilə üstələyərək üçüncü yeri tutub.


İlk yarış günündən sonra Azərbaycan 78 ölkə arasında medal sıralamasında kişilər arasında ikinci, ümumi komanda hesabında isə üçüncü pillədə qərarlaşıb.


Qeyd edək ki, sabah yarışda daha 5 cüdoçumuz mübarizəyə qoşulacaq.

Digər xəbərlər