Xviça Kvaratsxeliya şərhçilik edəcək

Xviça Kvaratsxeliya şərhçilik edəcək
Futbol
88
16 Noyabr 2026 - 18:43

PSJ-nin ulduzu Xviça Kvaratsxeliya Çempionlar Liqasında "Barselona"ya qarşı keçirilən matçda sağ dizindən zədələndiyi üçün mövsümün qalan müddətini buraxacaq. 


25 yaşlı gürcü oyunçu 6 aylıq sıradan çıxıb və əməliyyat olunub.


Xviça bildirib ki, bu müddətdə sosial şəbəkədə şərhçilik edəcək.


"Altı ay futbol oynaya bilməyəcəm. Buna görə şərhçilik edəcəm".



Bu mövsüm PSJ-nin heyətində 11 oyuna çıxan Kvaratsxeliya 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Klubla 2029-cu ilə qədər müqaviləsi olan futbolçunun dəyəri 140 milyon avro qiymətləndirilir.

Digər xəbərlər