Sergen Yalçın: "İki oyundan dərs almalıyıq"

Sergen Yalçın: "İki oyundan dərs almalıyıq"
Futbol
124
16 Noyabr 2026 - 19:17

Supersport.Az-ın məlumatına görə, UEFA Millətlər Liqasında Fransa yığmasına uduzan Türkiyə seçmə komandasının baş məşqçisi Sergen Yalçın məğlubiyyəti şərh edib.


"Məğlub olmaq istəmirdik. 5-6 qol imkanını qaçırdıq. Bununla belə oyunçularımı təbrik etmək istəyirəm, çünki buna layiqdirlər. Əlimizdən gələni etdik. Düşünürdük ki, heç-heçə, bəlkə də daha artıq nəticə əldə edə bilərik. Təəssüf ki, futbolda həmişə istədiyini tam olaraq qazana bilmirsən.


Fransa dünyanın aparıcı komandalarından biridir. Təəssüf ki, nəticə ortaya qoyduğumuz mübarizliyi əks etdirmir. Belçika və Fransayla oyunlardan dərs almalıyıq. 


Türkiyə millisi Avropa çempionatında layiq olduğu yerə gələcək. Buna şübhəniz olmasın".


Fransa qrupda 13 xalla birinci, Belçika 12 xalla ikinci, İtaliya 10 xalla üçüncü yeri tutub.

Türkiyə yığması 6 oyunun hamısında məğlub olaraq 0-la sonuncu olub.

Digər xəbərlər