Zidan: "Bir az narazı qalmağa əsas var"

Zidan: "Bir az narazı qalmağa əsas var"
Futbol
77
16 Noyabr 2026 - 20:23

Supersport.Az-ın məlumatına görə, Türkiyə yığmasıyla matçda çətin qələbə qazanan Fransa millisinin baş məşqçisi Zinedin Zidan fikirlərini bölüşüb.


"Birinci hissədə pressinqimiz o qədər də yaxşı deyildi. İkinci hissədə bunu düzəldə bildik. Topla rəftar baxımından daha yaxşı çıxış edə bilərdik.


Türkiyə yığması topla çox yaxşı oynayan komandadır. Bu axşam ürəklə oynadılar və xüsusilə birinci hissədə bizi ciddi təzyiq altında saxladılar. Ancaq fikrimcə, ikinci hissədə biz daha yaxşı idik.


Fasilə zamanı komandaya daha yaxşısını edə biləcəyimizi söylədim bə vəziyyəti dəyişməyi bacardıq. İlk hissədəki orta səviyyəli oyunu bir kənara qoysaq, əsas məqam odur ki, oyunçularım əllərindən gələni etdilər. Onlar bundan məmnun olmalıdırlar – bu altı oyun ərzində əldə etdiyimiz nəticələr olduqca qənaətbəxşdir.


Kilian Mbappenin göstərdiyi oyundan çox məmnunam. Topsuz hərəkətləri çox yaxşı idi və bir neçə qol vura bilərdi. 


Mütəxəssis qrup yarışında çıxışı qiymətləndirib:


"Mərhələni keçdiyimiz və qrupda birinci yeri tutduğumuz üçün razı qala bilərik. Lakin bu oyunumuzdan bir az narazı qalmağa əsas var. Bununla belə, bunlar üzərində işləmək mümkündür.


İstənilən rəqibə qarşı rəqabət apara biləcək komanda formalaşdırmalıyıq. İşə başladığım gündən bəri oyunçularımın ortaya qoyduğu performansdan həqiqətən çox razıyam.


Əsas diqqət yetirməli olduğumuz məqam təməl prinsiplərdir – yəni top bizdə olarkən və top rəqibdə olarkən nələr etdiyimiz. Mart ayında yenidən bir araya gələndə son dərəcə səmərəli olmalıyıq".


Fransa qrupda 13 xalla birinci, Belçika 12 xalla ikinci, İtaliya 10 xalla üçüncü yeri tutub.


Türkiyə yığması 6 oyunun hamısında məğlub olaraq 0-la sonuncu olub.


Digər xəbərlər