"İspaniyayla revanş matçında fantastik qələbə qazandıq"
Supersport.Az-ın məlumatına görə, UEFA Millətlər Liqasında İspaniyanı səfərdə məğlub edən İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel qələbəni şərh edib.
"Fantastik qələbədir. Bizdə əsl inam var idi və oyunun bütün aspektlərində möhtəşəm futbol nümayiş etdirdik. Komanda ruhu, birlik, inam və çıxışımızın hər bir detalında yüksək keyfiyyətlə qalib gəldik.
"Uembli"dəki ilk oyundan sonra da demişdim ki, İspaniyaya çox yaxınıq. Dünya çempionatının ardından irəliyə doğru addımlar atmaq istəyirdik. İspaniya ilə matçda bəxtsiz məğlubiyyət almışdıq, amma hər zaman bu "final"ı, bu revanş şansını arzulayırdıq!
Standart vəziyyətlər üzrə məşqçimizə və köməkçi məşqçimə tam haqqını vermək lazımdır. Onların böyük rolu oldu.
Nəyə qadir olduğumuzu, nə edə biləcəyimizi və qələbəyə inandığımızı göstərdik. İnkişaf etməyə kifayət qədər acıq və həmişə öz sərhədlərimizi aşmağa hazırıq. Dünya çempionatında son 60 ilin ən yaxşı nəticəsini qazanmışdıq, amma bununla kifayətlənmədik. Daha yaxşı olmaq istəyirdik. İnkişaf etdirmək istədiyimiz məqamlarda aradakı fərqi bağladıq və son iki toplanışda etdiklərimiz heyranedicidir, buna görə komandaya tam təşəkkür düşür.
Meydanda qoyduqları əzmə görə komandanı nə qədər tərifləsəm azdır.
Topla cəsur, topsuz səbirli oynadıq. boşluqları bağladıq. Həm ruh, həm enerji, həm də futbol keyfiyyəti baxımından ən yüksək səviyyədə fantastik komanda oyunu göstərdik, parlaq qələbə qazandıq".
Alman mütəxəssis Avropa, dünya çempionlarıyla azlıqda mübarizə aparmağın çox çətin olduğunu qeyd edib.
"Bu komandaya qarşı yarım saat mübarizə iki saat kimi gəlir. Keyfiyyətli futbolçuları çoxdur".
İngiltərə yığması 27 dəqiqə azlıqda oynasa da, İspaniyaya 3:2 hesablı qalib gəlib.