"Qarabağ" - "Dinamo" matçında ingilis hakimlər olacaq
Futbol, Eksklüziv
165
01 Avqust 2026 - 07:31
Supersport.Az-ın məlumatına görə, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" (Ağdam, Azərbaycan) - "Dinamo" (Kiyev, Ukrayna) cavab matçının hakimləri məlum olub.
13 avqustda Bakının Respublika stadionunda 20:00-da başlanacaq oyunu İngiltərə hakimləri idarə edəcək.
Baş hakim Stuart Attwelldir.
43 yaşlı referi 18 ildir Premyer Liqa matçlarını idarə edib, 17 ildir FİFA hakimidir.
Köməkçi hakimlər: Ian Gussin, Nick Greenhall.
Dördüncü hakim: Lewis Smith.
VAR hakimi – Peter Banks.
Yardımçı VAR hakimi – James Bell.