FİFA prezidenti Canni İnfantino istefa verə bilər

FİFA prezidenti Canni İnfantino istefa verə bilər
Futbol, Eksklüziv
118
01 Avqust 2026 - 08:19

Supersport.Az-ın məlumatına görə, FİFA prezidenti Canni İnfantinonun tezliklə istefa verə biləcəyi bildirilib. Bu iddianı fransız araşdırmaçı jurnalist Romain Molina irəli sürüb.


O, qeyd edib ki, İnfantino FİFA üzərində nəzarəti tamamilə itirib və təşkilat daxilində onun istefasına səbəb ola biləcək ciddi proseslər gedir. Molina iddia edir ki, dünya futbolunun hazırkı rəhbəri, FİFA prezidenti Canni İnfantino vəzifəsindən istefa vermək fikrindədir. 


Hazırda bu məlumatla bağlı beynəlxalq qurumun və ya Canni İnfantinonun rəsmi təsdiqi yoxdur. 


UEFA və FİFA arasında münasibətlər çox gərgindir. Hətta qitə qurumunun rəhbəri Aleksander Çeferin Canni İnfantinonu tənqid edib. Avropanın 55 ölkəsi FİFA -ya etiraz olaraq, bu qurumun təşkil etdiyi dünya yarışlarını boykot edib.

UEFA

Digər xəbərlər