"Sabah"ın gücü danimarkalılarla matçlarda bilinəcək" - Ağasəlim Mircavadov

"Sabah"ın gücü danimarkalılarla matçlarda bilinəcək" - Ağasəlim Mircavadov
Futbol, Eksklüziv
238
02 Avqust 2026 - 07:13

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Supersport.Az-ın müxbiriylə söhbətində Çempionlar Liqasında iştirak edən "Sabah"ın çıxışına toxunub.


"Sabah"a həm münasib rəqiblər düşdü, həm də komanda müsbət oyunuyla iki mərhələ adladı. Əsas çatışmayan cəhət çox sayda qol vəziyyətlərinin boşa verilməsidir". 


78 yaşlı mütəxəssisin fikrincə, Valdas Dambrauskasın baş məşqçi olduğu komandanın gücü Danimarka çempionlarıyla qarşılaşmalarda məlum olacaq.


"Sabah"ı Danimarka çempionu "Orhus"la ağır oyunlar gözləyir. Hesab edirəm ki, Azərbaycan təmsilçisinin gücü bu matçlarda bilinəcək".


Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Sabah" "Orhus"la ilk matçı avqustun 5-də səfərdə, cavab oyununu isə 11-də öz meydanında keçirəcək.

Digər xəbərlər