Hidayət Heydərovun dünya çempionatında uğursuzluğu - Foto

Hidayət Heydərovun dünya çempionatında uğursuzluğu - Foto
Olimpiya, Digər, Cüdo, Foto
128
06 Oktyabr 2026 - 14:22

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.


Supersport.Az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən dünya və olimpiya çempionu Hidayət 1/8 finalda italiyalı Covanni Esposito qarşısında aciz qalıb.


Heydərov rəqibinə cərimə xalları hesabına məğlub olub.


Hidayət Heydərov iki ildir ki, Avropa və dünya çempionatlarında qızıl medal qazana bilmir.


Qeyd edək ki, Bakıdakı dünya çempionatının ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb.

Digər xəbərlər