Rəşid üçüncü oldu, göz yaşlarını saxlaya bilmədi

Rəşid üçüncü oldu, göz yaşlarını saxlaya bilmədi
Olimpiya, Digər, Cüdo
125
06 Oktyabr 2026 - 19:00

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.


Supersport.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Daniel Karnini məğlub edib.


Rəşid Məmmədəliyev bu qələbəylə dünya üçüncüsü olub. O, sevinc göz yaşlarını saxlaya bilməyib.


Bu gün mübarizəyə qoşulan digər cüdoçular - Hidayət Heydərov (73 kiloqram) 1/8, Xədicə Qədəşova (57 kiloqram) 1/32 finalda rəqiblərinə məğlub olaraq yarışda uğursuz çıxış ediblər.



Xatırladaq ki, Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) yarışın ilk günü dünya çempionu olub.

Digər xəbərlər