Türkiyə Vinçenso Montellanı qovdu
Futbol
137
09 Oktyabr 2026 - 20:42
Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi Vinçentso Montella ilə bağlı qərar verib.
Supersport.Az xəbər verir ki, italiyalı mütəxəssis istefaya göndərilib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı məşqçiylə müqaviləyə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verilib.
Qeyd edək ki, Vinçentso Montella 2023-cü ilin sentyabrında Türkiyə seçməsinin baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda dünya çempionatının qrup yarışında sonuncu, UEFA Millətlər Liqasında keçirdiyi son 4 oyunun hamısında məğlub olub.