Azərbaycandan tarixi rekord
Olimpiya, Digər, Cüdo
74
08 Oktyabr 2026 - 18:43
Supersport.Az xəbər verir ki, Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatında rekord sayda medal qazanıb.
90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Murad Fətiyev serbiyalı Nemanja Majdova qalib gəlib.
Bu, Azərbaycan millisinin mundialda 5-ci medalı olub. Daha əvvəl Əhməd Yusifov (60 kiloqram) qızıl, Zelim Tçkayev (81 kiloqram) gümüş, Rəşid Məmmədəliyev (73 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) isə bürünc mükafat qazanıblar. Bu, Azərbaycan cüdo tarixində rekorddur. İndiyədək heç bir mundialda cüdo yığmamız bu qədər medala sahib çıxmayıb.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.