Qurban Qurbanov: "1000 çempionat oyununda iştirak edən azarkeşlər ola bilər"
Futbol
215
11 Oktyabr 2026 - 19:08
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının VII turunun “İmişli” - “Qarabağ” oyunundan (0:2) sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib:
"Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qalibiyyət oldu. Oyunçular çox əziyyət çəkdilər və intizamlı çıxış etməyə çalışdılar. Bu da önəmli məqamdır. Önümüzdə kompakt müdafiə olunan rəqib var idi. Buna görə də səbirli oynamaq lazım idi. Bunu da bacardılar. Azarkeşlərimizi də təbrik edirəm. Bəlkə də, elə azarkeşlərimiz var ki, 1000 çempionat oyununun hamısında iştirak ediblər. Onlara təşəkkür edirəm. Qarşıdakı matçlara daha ciddi hazırlaşmağa çalışacağıq".