"Neftçi" güclənəcək
Futbol, Eksklüziv
130
04 Fevral 2026 - 19:19
Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi" PFK heyətini gücləndirə bilər.
Paytaxt klubunun bəzi futbolçularla danışıqlar apardığı bildirilir.
"Neftçi"nin mətbuat katibi Asəf Zeynallı bildirib ki, gələcək futbolçu olarsa, klub tərəfindən rəsmi açıqlama veriləcək.
Qış transfer müddəti 14.01.2026-10.02.2026 (saat 23:59) tarixlərini əhatə edəcək.
31 mart azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarixdir.